
İngiltərənin “Çelsi” klubu qapıçısı Kepa Arrisabalaqanı icarəyə verib.
Gununsesi.info-nun məlumatına görə, 29 yaşlı qolkiper mövsümün sonunadək “Bornmut”da çıxış edəcək.
Qeyd edək ki, ispaniyalı qapıçı ötən mövsüm ölkəsində “Real”ın formasını geyinib. O, icarə əsasında çıxış etdiyi Madrid təmsilçisində 20 matçda meydanda olub.
Gununsesi.info