Paris-2024: Paraüzgüçümüz Yay Olimpiya Oyunlarında 100 m məsafədə finala yüksələ bilməyib

  • By Günel
  • 29 Avqust 2024 12:46

Azərbaycan təmsilçisi Könül Süleymanova S2 kateqoriyasında çıxışını başa vurub.

Gununsesi.info xəbər verir ki, paraüzgüçümüz 100 m məsafəyə arxası üstə üzmədə mübarizə aparıb və 4:03.04 zaman nəticəsi ilə qrupda 5-ci olub və finala adlaya bilməyib.

Xatırladaq ki, Könül Süleymanova 50 m məsafədə də gücünü sınayacaq.

Qeyd edək ki, millimizi Fransa paytaxtında üç paraüzgüçü təmsil edir.

 

Gununsesi.info