
Almatı məhkəməsi Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş həyat yoldaşı Gülmira Satıbalda və onun sürücüsü Madi Batırşaev barəsində hökm çıxarıb.
Gununsesi.info Qazaxıstan mediasına istinadən xəbər verir ki, məhkəmə onu qanunsuz həbsdə, xüsusilə külli miqdarda pul tələb etməkdə və özbaşınalıqda təqsirli bilib.
Gülmira Satıbalda 12 il, sürücüsu isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, avqustun 26-da Gülmira Satıbaldanın işi üzrə məhkəmə iclasları davam etməli idi, lakin o, allergiya tutması səbəbindən xəstələndiyi üçün iclasın təxirə salınmasını xahiş ediblər.
Vəkili bildirib ki, müttəhimin böyrəyində ağrılar var, lakin məzuniyyətdə olduğu üçün həkim tapa bilməyiblər.
Xatırladaq ki, Gülmira Satıbaldı Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının keçmiş həyat yoldaşıdır. “Forbes Kazakhstan” jurnalı onu ölkənin ən nüfuzlu iş adamları siyahısına daxil edib. İctimai sahədə onun haqqında az məlumat var.
O, 2022-ci ilin martında keçmiş əri Kayrat Satıbaldının biznesi basqın yolu ilə ələ keçirməkdə şübhəli bilinərək həbsindən bir neçə gün sonra Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti tərəfindən saxlanılıb. Prokurorluq bildirib ki, istintaq zamanı o, Qazaxıstandan qaçmağa cəhd edib.
Şəbnəm
Gununsesi.info