
Pavel Durovun valideynlik hüququndan məhrum edilib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu onun üç övladının anası İrina Bolqar açıqlayıb.
İrina deyib ki, Telegram-ın yaradıcısı İsveçrədə valideynlik hüququndan məhrum edilib.
Onun sözlərinə görə, o, iddianı Durovun ona BƏƏ-yə köçməyə məcbur etmək üçün ultimatum verdiyi, sonra isə kartlara girişi blokladığı və hesabları ödəməyi dayandırdığı anda qaldırıb.
Gununsesi.info