Qubadakı qəzada yaralananların adları açıqlandı - Yenilənib

  • By Günel
  • 29 Avqust 2024 12:38

Qubada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 15 nəfərin kimliyi məlum olub.

Gununsesi.info “Report”-a istinadən bildirir ki, Quba rayon sakinləri olan həmin şəxslər aşağıdakılardır;

1978-ci il təvəllüdlü Ağazadə Arzu Arif qızı,
1990-cı il təvəllüdlü Əlisultanov Tural İlham oğlu,
1971-ci il təvəllüdlü Hacıyeva Aliyə Böyükağa qızı,
2001-ci il təvəllüdlü Paşayev Kamal Mübariz oğlu,
1963-cü il təvəllüdlü Yunusova Gülarə Hüsyinbala qızı,
2001-ci il təvəllüdlü Kamalov Elmar Məhəmməd oğlu,
1979-cu il təvəllüdlü Səfərəliyeva Gülbikə Bayram qızı,
1967-ci il təvəllüdlü Məmmədova Pərvanə Sədrəddin qızı,
1987-ci il təvəllüdlü Əlisultanova Gülnar Arif qızı,
2003-cü il təvəllüdlü Əhmədov Sərxan Ruslan qızı,
1962-ci il təvəllüdlü Gülbalayeva Qənilə Xanbala qızı,
1957-ci il təvəllüdlü Mirişova Əzimə Həbib qızı,
1963-cü il təvəllüdlü Rüstəmova Zenfira Məmmədşah qızı.

Xaçmaz rayon sakinləri;
1965-ci il təvəllüdlü Əmrahov Elsevər Davud oğlu,
1980-ci il təvəllüdlü Xasiyeva Rəvanə Azadə qızı.

10:52

Bu gün səhər saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın, 5-i kişi olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Qeyd olunub ki, onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Xatırladaq ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü qadının həkiməqədər ölüm faktı qeydə alınıb.

10.17

Qubada baş verən qəza zamanı bir nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Bu barədə Gununsesi.info -ya  Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib.

09:49

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Gununsesi.info -ya verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Gununsesi.info