Azay Quliyevin seçicilərlə növbəti görüşü keçirilib -Fotolar

  • By ilhame
  • 29 Avqust 2024 21:17

Avqustun 29-da 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçicilərlə məhəllə görüşləri 9-cu və 6-cı mikrorayonlarda davam edib.

Gununsesi.info xəbər verir ki, A.Quliyev şəhid Rəhimov Ramil Güləli oğlunun ailə üzvlərini ziyarət edib və xatirə lövhəsinə gül qoyub.
Daha sonra Azay Quliyev 9-cu mikrorayonda 144 saylı məktəbin qarşısında, Adil Məmmədov, Mir Cəlal və Cavadxan küçələrində, 6-cı mikrorayonda Svetlana Məmmədova küçəsində 203 saylı binanın qarşısındakı parkda, 27 saylı poliklinikanın binasının qarşısında, 246 saylı məktəbin qarşısında və bu ətrafdakı binaların həyətində, digər məhəllələrdə seçicilərlə görüşlər keçirib, onlarla səmimi müzakirələr aparıb.
Seçicilər deputat kimi Azay Quliyevin hər zaman əlçatan olduğunu, onları narahat edən məsələlərin Milli Məclisdə daim qaldırdığını və bir çoxunun həllinə nail olduğunu təqdir ediblər.
Bundan başqa, 9-cu mikrorayon sakinləri içməli suyun keyfiyyətinin yaxşılaşdırılması, bəzi binaların qeydiyata alınmaması kimi problemlərin həlli ilə yaxından məşğul olduğuna, 6-cı mikrorayon sakinləri isə 27 saylı şəhər poliklinika binasının yenidən tikilib sakinlərin istifadəsinə verilməsi üçün göstərdiyi səylərə və məsələnin həllinin yaxın zamanlarda mümkün olacağı haqqında verdiyi son məlumata görə Azay Quliyevə təşəkkür ediblər.

Söhbət zamanı Azay Quliyev seçicilərinə son 4 ildə gördüyü işlər haqqında ətaflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. 1 sentyabr seçkilərinin Zəfər seçkisi olduğunu, hər kəsin səsvermədə fəal iştirak etməsinin vacibliyini diqqətə çatdırıb.

Seçicilər əminliklə bildirdilər ki, bazar günü keçirilən seçkilərdə yaxından iştirak edərək Azay Quliyevi yenidən deputat seçəcəklər.

Gununsesi.info