Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb

  • By ilhame
  • 29 Avqust 2024 22:18

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

 

Gununsesi.info-nun məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

 

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

 

Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub.

 

Paralimpiada sentyabrın 8-də başa çatacaq.

Gununsesi.info