İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxslər saxlanılıblar

  • By Günel
  • 30 Avqust 2024 09:37

İsmayıllıda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Eldar Abbasov və Əcəb İsmayılovu saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Gununsesi.info