
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustana rəsmi səfər edəcək.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, səfər Monqolustan Prezidenti Uxnaqiyn Xurelsuxun dəvəti ilə baş tutacaq.
Belə ki, Putinin Sovet və Monqolustan silahlı qüvvələrinin müharibə üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirakı gözlənilir.
Məlumata görə, səfər zamanı aparılan danışıqlarda dövlət başçıları hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Rusiya-Monqolustan münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Bir sıra ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.
Gununsesi.info