Durovla birlikdə Bakıya gələn qadın haqda - Şok detallar

  • By Günel
  • 29 Avqust 2024 14:44

“Telegram”ın həmtəsisçisi Pavel Durovu Azərbaycana və Fransaya səfəri zamanı müşayiət edən gənc qadın Yuliya Vavilova İsrailin MOSSAD kəşfiyyat idarəsinin agenti ola bilər.

Gununsesi.info xəbər verir ki, bu iddia ilə “Deyli Meyil” qəzeti çıxış edib.

Nəşr iddia edir ki, məhz Vavilova Durovu Qərb xüsusi xidmət orqanlarının tələsinə salıb.

Bənzəri iddia ilə Türkiyə KİV-ləridə çıxış edib. Məlumata görə, P.Durov məhz İsrailin tələbi ilə saxlanıb, çünki o, Təl-Əvivin Qəzza ilə bağlı informasiya axınının bloklanması xahişini yerinə yetirməyib.

Qeyd edək ki, Y.Vavilova Durovla Bakıdan Parisə gedərkən saxlanılıb. Sonradan ilk olaraq Vavilova azadlığa buraxılıb. Dünən isə Pavel Durov Fransanı tərk etməmək şərti ilə azad olunub.

 

Gununsesi.info