
Ötən gün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bəzi hicablı xanımların müsahibə mərhələsindən kənarlaşdırılmasına dair sosial şəbəkələrdə iddialar yayılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında iddiaları əsassız adlandırsa da, insanlar arasında narahatçılıqlar səngimir. Sosial şəbəkələrdə insanların ayrıseçkiliyə ayırd olunduğu iddia edilir.
Məsələ ilə bağlı Gununsesi.info-ya danışan elm və təhsil eksperti Rizvan Fikrətoğlu deyir ki, müsahibə mərhələsindən kənarlaşdırılan müəllimlər bunun köklü səbəblərini araşdırsınlar:
“Ümumiyyətlə bizdə din,məktəb problemi əvvəllər də müxtəlif formalarda baş verib. Məktəblərdə hicab qadağası ilə bağlı problemlərin olduğu, həmçinin “Hüseynçilik” fəaliyyəti ilə məşğul olan hicablı müəllimələrə də rast gəlmişik. Təbii ki, kiməsə bu kimi təbliğatların məşğul olub-olmaması üçün etirazlarımızı bildirməməmişik. Azərbaycan qanunvericiliyi də ona icazə verir ki, əgər həmin dini dəyərlər bizim ölkə konstitusiyasına zidd deyilsə, təbliği yol veriləndi. Yox, əgər ziddirsə, təbliğinə yol verilmir. Nəticələrə baxsaq müsahibədən kəsilən yetərincə müəllimlər var. Ancaq onların heç birində oriyentasiya məsələsi yoxdur. Elə ancaq bir hicablı müəllimə kəsildi və bu dini oriyentasiyasını ortalığa artdı? Olmazmı ki, harda səhvə yol verdiyi barədə düşünsün”?
Ekspert hesab edir ki, bu kimi məsələlərdə rəsmi qurumların verdiyi məlumatlar daha doğru və dəqiqdir: “Əks halda, belə bir faktor varsa, bu, qəbul edilməzdir və böyük bir hüquq pozuntusudur. Konstitusiyamızın 25-ci maddəsində insanlara bərabərlik hüququ, dini xüsusiyyətinə görə fərq qoyulmadığı qeyd edilib. Hətta İslam inancını daşıdığı üçün hicablı olan qadının “məktəbdə işləməsi qadağan olunmalıdır” prinsipi də Konstitusiya çərçivəsində qadağandır. Yəni onun bərabərlik hüququnun pozulması deməkdir. Qeyd etdiyim kimi, belə bir fakt varsa bu, bəyənilməzdir və normal qarşılamamalıdır. Düşüünrəm ki, indiki halda nazirliyin mövqeyi daha düzgündür. Dini oriyentasiyasına görə kiminsə müsahibədən qeyri-məqbul qiymət alınmasında nazirlik heç vaxt belə bir primitiv səhvə yol verməz”.
Şəbnəm Rəhimova
Gununsesi.info