
Ukraynanın Rusiyanın hərbi obyektlərinə hava zərbələri Putini növbəti dəfə müharibə qanunlarını pozamağa vadar edib.
Belə ki, Rusiya son günlər yenidən Ukraynanın mülki infrastrukturlarına hücumlar təşkil edir.
Siyasi şərhçi Kamran Cəfərov Gununsesi.info-ya deyir ki, dünən Ukrayna, müharibə dövründə ən kütləvi raket/dron hücumuna məruz qalıb: “Əsas hədəf təbii ki, Ukraynanın enerji infrastrukturu idi.
Rusiya AES-lərə(atom elektrik stansiya) zərbələr vura bilmir və əsas zərbələri İES(istilik elektik stansiya) və SES-lərə(su elektrik stansiya) endirir.
Bir müddət əvvəl Rusiya Ukraynanın ən böyük SES-i olan Dnepr SES-ini sıradan çıxarmışdı. Bundan əlavə başqa SES-lərə də zərbələr endirirdi. Bu gün isə Kiyev SES-inə zərbə endirildi.
Ukrayna enerji infrastrukturu təzə-təzə özünə gəlməyə başlamışdı və dünən ixrac bərpa olunmuşdu. Cəmi 1 gün davam etdi. Baxmayaraq ki, Ukrayna HHM sistemləri həqiqətən bu gün möhtəşəm nəticələr qoydu. Məlumatlara görə, 236 dron/raketdən, 201-i vurulub. Təəssüf ki, hədəfə düşən raket/dronlar, enerji infrastruktura ciddi zərbə vurdu”.
Bununla belə Kamran Cəfərov deyir ki, Rusiya tez-tez belə kütləvi raket/dron zərbələri endirə bilməz: “Çünki, raketlərin istehsalı həm müddət, həm də maliyyə tələb edir. Sonuncu kütləvi hücum fərqli mənbələrə görə Rusiyaya 1.2-1.5 milyard dollara başa gəldi”.
Afət Abbasova
Gununsesi.info