“Qarabağ”ın Avroliqadakı rəqibləri sabah bəlli olacaq

  • By Günel
  • 29 Avqust 2024 12:41

Sabah Avropa Liqasında Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Gununsesi.info xəbər verir ki, püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək.

Ağdam klubu 2-ci və ya 3-cü səbətdə yer alacaq.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Avropa Liqasının bütün 36 iştirakçısının adına bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək.

Hazırda turnirdə iştirak edəcək 24 komanda dəqiqləşib.

Qeyd edək ki, Avroliqada Liqa mərhələsinin oyunlarının təqvimi avqustun 31-i açıqlanacaq.

 

Gununsesi.info