
Ayı Oğuzda rayon sakininə hücum edib.
Gununsesi.info-nun məlumatına görə, hadisə “Kor dərə” adlanan dağlıq ərazidə qeydə alınıb.
Belə ki, Calut-2 qəsəbəsində məskunlaşmış Xocalı rayon sakini 1962-ci il təvəllüdlü Əliyev Bakir Sabir oğluna həmin ərazidə ayı hücum edib.
Hazırda yaralı olan 62 yaşlı B. Əliyevin dağlıq ərazidən rayon ərazisinə gətirilməsi istiqamətində işlər aparılır.
Gununsesi.info