Avtomobildə 8 kq narkotik vasitə daşıyanlar saxlanıldı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.

Gununsesi.info xəbər verir ki, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı B.Ağayev və 30 yaşlı A.Əliyev saxlanılıb. Onların  avtomobilindən 8 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanıb.

Araşdırma aparılır.

 

 

Gununsesi.info