Qüdsdə yanğın: - Təl-Əviv yolu bağlanıb, 16 nəfər müalicə olunur

  • By Admin2
  • 30 Aprel 2025 16:58

İsrailin müdafiə naziri Katz əsgərlərə Qüdsdə yanğınsöndürmə işlərinə qoşulmağı əmr edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qüdsdəki meşə yanğınlarında 16 nəfərin tüstüdən zəhərlənərək müalicə olunduğu açıqlanıb. İsrailin müdafiə naziri İsrael Katz yanğının daha da genişlənməsinin qarşısını almaq üçün əsgərlər yerləşdirib. Katz vəziyyəti “milli fövqəladə vəziyyət” olaraq xarakterizə etdi.

MDA xəbərdarlıq səviyyəsinin də ən yüksək səviyyəyə qaldırıldığını qeyd edib.

Orxan

Gununsesi.info