Qəzzada ölənlərin sayı 52 400 nəfərə çatıb

  • By Admin2
  • 30 Aprel 2025 16:54

İsrailin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlarda 35 nəfər həyatını itirib. Qəzzada ölənlərin ümumi sayı 52 400 nəfərə çatıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail Qəzza zolağına hücumlarını fasiləsiz davam etdirir . Fələstin Səhiyyə Nazirliyi son 24 saatda 35 nəfərin öldüyünü, 109 nəfərin yaralandığını açıqlayıb.

İsrailin atəşkəsi birtərəfli qaydada pozduğu martın 18-dən bu yana ölənlərin sayının 2308-ə, yaralıların sayının isə 5973-ə yüksəldiyi bildirilib. İsrailin hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bu yana həyatını itirənlərin sayının 52 min 400, yaralı sayının isə 118 min 14 nəfərə çatdığı bildirilib.

Orxan

Gununsesi.info