
Sentyabrın 25-də saat 19:00-da “Libraff”ın Park akademiya filialında xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçmələrin seçməsi – Qranulalar” kitabının təqdimat mərasimi keçiriləcək.
Gununsesi.info xəbər verir ki, müəllifin 7 cildlik “Seçilmiş əsərləri”ndən seçilmiş bir sıra qranula-cövhər sayıla biləcək məqamlar ayrı-ayrı şəkildə ilk dəfə bu kitabda toplanıb.
Kitabın redaktorları akademik Muxtar Kazımoğlu və tənqidçi Maral Yaqubovadır. Rəyçilər Qismət Rüstəmov, Cavid Zeynallı və Toğrul Mehdidir.
“Everest” nəşriyyat evindən çap olunan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Ünvan: Bakı şəh.Yasamal rayonu, Hüseyn Cavid prospekti,1
Orxan Saffari
Gununsesi.info