
Bakı şəhərinin Yasamal rayonunda “JEEP” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Gununsesi.info xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Salyan rayonunun Peyk kəndində isə “QAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.