
Uzun müddətdir hər kəsin eşitməyə hazır olduğu xəbər gəldi. Tez-tez münasibətlərinin soyuq olduğu haqqında mediada xəbəri yayılan məşhur cütlük- müğənni Jennifer Lopez və aktyor Ben Affleck ikiillik evliliklərini bitirmək qərarına gəliblər. Qeyd edək ki, 2022-ci ildə Las-Veqasda ailə quran cütlük, Gürcüstanda böyük şənlik keçirmişdilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Mətbuatda yazılanlara görə, Lopez və Affleck nikahdan əvvəl evlilik sözləşməsi imzalamayıblar. Məhz buna görə də, onların son iki ildə qazandıqları ortaq hesab olunur. Hər ikisinin sərvəti təxminən 150 milyon dollardır. Bu sərvətin bölüşdürülməsi ilə bağlı onlar arasında uzun müddət münaqişə ola bilər.
Bu, Lopezin üçüncü, Affleckin isə ikinci evliliyi idi. Affleck daha öncə Cennifer Qarnerlə evli olub və boşanıb. Lopesin də Noah Ojani, Chris Judd və Mark Entoni ilə evlilikləri boşanma ilə başa çatıb.
Qeyde edək ki, Jennifer Lopez və Ben Affleck əslində bir-birlərini 2002-ci ildən tanıyırlar. Onlar həmin il Gigli filmində birlikdə rol almışdılar. Lakin nişanlanan cütlük iki il sonra ayrılmışdı. Jennifer həmin dönəmin ağır keçdiyini bildirmişdir: “20 il əvvəl toyumuzu ləğv edəndə bu, həyatımın ən böyük ürək ağrısı idi”,- deyən müğənni Afflecklə bir -birlərini çox möhkəm sevdiklərini bildirmişdir.
İllər sonra 2021 ci ildə bir araya gələn cütlük, 2022- ci ildə evlənmişdilər.

