Pirşağıda dənizdə 1 nəfər batıb

  • By ilhame
  • 21 Avqust 2024 13:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

 

Gununsesi.info-ya bu barədə FHN-dən məlumat verilib.

 

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Gununsesi.info