
Qarşıdan gələn ABŞ prezident seçkilərində Demokratlar Partiyasının görmək istədiyi Amerika uğrunda mübarizə aparılacaq.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama Çikaqoda partiyanın qurultayı zamanı deyib :“İndi inandığımız Amerika üçün mübarizə aparmaq bizdən asılıdır”.
Qarşıdan gələn seçkilərin “mübarizə olacağına toxunan Obama demokrat tərəfdarlarını “aldanmamağa” çağırıb:
“Mənim üçün kim mübarizə aparacaq, kim mənim gələcəyimi, övladlarımın gələcəyini, ümumi gələcəyimizi düşünəcək?”
Bildirilir ki, ABŞ prezidentliyinə namizəd və keçmiş Amerika lideri Trampın sözlərinə görə, onu amerikalıların gələcəyi narahat etmir.
O, həmçinin Trampı 78 yaşlı milyarder adlandırıb.
Konvensiya zamanı Obama Trampın mümkün ikinci müddətinin “daha pis davamı” olacağını qeyd edib.
Şəbnəm
Gununsesi.info