
ABŞ keçmiş prezident Donald Trampın yenidən prezident seçilməsi zamanı Kiyevi dəstəkləməkdən imtina edərsə, Almaniya Ukraynaya kömək etməyə davam edəcək.
Gununsesi.info xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri Robert Habek deyib.
“Bəli, bu halda biz Ukraynanı tək qoymayacağıq”, – deyə siyasətçi Almaniyanın ABŞ-sız Ukraynaya lazımi yardımı göstərə biləcəyi ilə bağlı suala cavab verib.
Habeckin fikrincə, Amerikanın köməyinin olmaması Kiyevin digər müttəfiqlərini dəstəyini artırmağa vadar edə bilər.
Vitse-kansler Almaniyanın Ukraynaya yardımının məhdudlaşdırılması ilə bağlı şayiələrə də münasibət bildirib və deyib ki, Almaniyanın Kiyevi dəstəkləmək istəyi “amma” və “əgər” olmadan işləyir.
Bundan əvvəl “Frankfurter Allgemeine Zeitung” qəzeti yazıb ki, Almaniyanın maliyyə naziri Kristian Lindner müdafiə naziri Boris Pistoriusa Kiyevə hərbi yardımın məhdudlaşdırılması zərurəti barədə yazıb, çünki Almaniya büdcəsində bu məqsədlər üçün yeni vəsait yoxdur.
Afət