Ermənilər Lukaşenkoya qarşı hərəkətə keçdilər

Xəbər verdiyimiz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan hökumətini və onun siyasətini tənqid edib.

“Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə lazım deyil. Nə Fransa, nə Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq”, – Lukaşenko “Rossiya 1” telekanalına müsahibəsində deyib.

O əlavə edib ki, Ermənistan hökuməti öz iqtisadiyyatını inkişaf etdirməli və resurslarına diqqət yetirməlidir.

Gununsesi.info  telegram kanallarına istinadən xəbər verir ki, Ermənistan hökuməti Lukaşenkonun bəyanatlarına cavab olaraq bu gün Belarus səfirliyi qarşısında etiraz aksiyası təşkil edir.

 

 

 

Gununsesi.info