
İsrail Xarici İşlər Nazirliyi Papa Fransiskin ölümü ilə bağlı rəsmi sosial media hesabından paylaşdığı başsağlığını dərhal silib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Jerusalem Post” nəşri yazıb.
Nəşr nazirliyin sosial şəbəkə hesabında yayımlanaraq silinən başsağlığının “skrinşot”unu da təqdim edib.
Həmin paylaşımda qeyd edilib:
Rahat yat, Papa Fransisk. Allah rəhmət eləsin.
Xatırladaq ki, Roma Papası ötən gün səhər saatlarında iqamətgahında vəfat edib. Onun komaya və ürək dayanmasına səbəb olan insultdan öldüyü bildirilir.