Adil Qeybulla Tofiq Yaqublunu müayinə edib

  • By Günel
  • 22 Aprel 2025 22:08

“Bu gün, saat 13.00-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Kompleksində Tofiq Yaqublunu müayinə etdik. Müayinə prosesində Nazirliyin Tibb Baş İdarəsinin həkimləri də iştirak edirdilər”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış həkim Adil Qeybulla deyib. O, daha sonra əlavə edib:

“Hemodinamik göstəricilər kompensator stabildir. Aclığa bağlı çəki itkisi davam edir, çəkisi – 83 kq-dır. Ümumi durumu keçirdiyi aclıq aksiyasına uyğundur, halsızlıq və ümumi zəiflikdən şikayət edir. Huşu aydındır, təmas və kommunikasiya adekvatdır. Orqanizmin su-elektrolit balansına dəstək və detoksikasiya məqsədilə qidalandırıcı tərkibi olmayan venadaxili infuziya aparılması tövsiyə edildi. Razılıq alındıqdan sonra 3 saat müddətində prosedurlar icra edildi. İnfuziya ağırlaşmasız keçdi.

ƏN Penitensiar Xidmətinə, Tibb Baş İdarəsinə və Umbakı Penitensiar kompleksinin rəhbərliyinə yaradılan imkan üçün öz adımdan təşəkkür edirəm. Tofiq Yaqublunun səhhətinin mütəmadi nəzarət altında saxlanması məqsədilə yenidən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Tibb Baş İdarəsinə müraciət etmək niyyətindəyik”.

Gununsesi.info