
Ukrayna Prezidenti Volodimir Zelenski Krımı Rusiya ərazisi kimi tanımayacaqlarını bildirib.
Gununsesi.info xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Krımın Ukraynanın suveren ərazisi olduğunu bildirib.
“Danılası heç nə yoxdur, Krım bizim, Ukrayna xalqının ərazisidir Belə bir şey olmayacaq. Biz Krım və digər suveren ərazilərimiz haqqında danışmaqla Rusiyanın maraqlarına xidmət etmiş oluruq”, – deyə Zelenski vurğulayıb.