
Macarıstanın Baş naziri Viktor Orban ölkə ərazisində keçirilən sorğuda Ukraynanın Avropa İttifaqına qoşulmasının əleyhinə səs verib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə öz “Facebook” hesabında məlumat verib.
“Brüssel və “Tisa” partiyası Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir. Bu, Macarıstan iqtisadiyyatını məhv edə bilər. Biz gələcəyimizlə bağlı qərarın bizsiz qəbul edilməsinə imkan verməyəcəyik”, – o yazıb.
Macarıstanda Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı ümumi ictimai sorğu keçirilir. Vətəndaşlara poçtla göndərilən anketdə onların Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləyib-dəstəkləmədikləri ilə bağlı suala cavab verimələri xahiş olunur.