Zaqatalada zəncirvari qəza olub - Yaralılar var - FOTO

  • By Günel
  • 23 Aprel 2025 08:43

Zaqatalanın mərkəzində üç avtomobil toqquşub.

Gununsesi.info xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Şəhər ərazisində “Mercedes” markalı avtomobili əvvəlcə sərnişin daşıyan “Mercedes-Vito”, daha sonra “BMW” ilə toqquşub. Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilib. Həkimlər yaralıların vəziyyətini orta-ağır qiymətləndirir. Faktla bağlı Polis Şöbəsində araşdırma başlanılıb.

Gununsesi.info