Bu gün Əfv Komissiyası toplanır

  • By Günel
  • 23 Aprel 2025 08:13

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti – bu il üzrə sayca 6-cı iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, toplantıda məhkum olunmuş şəxslərin əfvlə bağlı müraciətlərinə baxılacaq.

Əfv Məsələləri Komissiyasının toplantıları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.

Qeyd edək ki, 2025-ci ildə komissiyasının 5 iclası olub və 600-dən çox müraciət araşdırılıb.

Gununsesi.info