
Dağıstanın Dərbənd şəhərində polis əməkdaşlarını vurub, onlara atəş açan avtomobil sürücüsü cavab atəşi ilə öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.
Dünən axşam polis və Rosqvardiya əməkdaşları Mahaçqala küçəsində bir avtomobili yoxlama məqsədilə saxlamağa çalışıblar. “Sürücü qəsdən polis əməkdaşını vurub və əməkdaşlara bir neçə dəfə atəş açıb. Cavab olaraq hüquq-mühafizə orqanları tərəfindən xidməti silah tətbiq edilib. Cinayətkar aldığı yaralardan vəfat edib”, – məlumatda deyilir.
Öldürülən şəxsin avtomobilində tapança aşkar edilib. Müxtəlif dərəcəli xəsarətlər alan polis əməkdaşı tibb müəssisəsinə çatdırılıb, həyatı üçün təhlükə yoxdur.