Tramp: Vladimir, istənilən vaxt mənə zəng edə bilərsən, şad olaram

Rusiya və ABŞ prezidentləri bir-birlərinə zəng etmək barədə razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

Y.Uşakov bildirib: “Səmimi və mehriban fikir mübadiləsi zamanı prezidentlər lazım gəldikdə bir-birlərinə zəng edəcəkləri barədə razılığa gəliblər. Tramp deyib: “Vladimir, istənilən vaxt zəng edə bilərsən, mən məmnuniyyətlə cavab verəcəm, səninlə danışmağa şad olaram”. Bu sonluq həm də liderlər arasında baş tutan söhbətin məğzini xarakterizə edir”.

O əlavə edib ki, Putinlə Trampın komandaları Rusiya və ABŞ arasında sammitin məzmununu işləyib hazırlayacaq.

Gununsesi.info