
Ermənistanın paytaxtı İrəvanda yük yerindən Azərbaycan bayrağı asılan avtomobilin videosu sosial şəbəkənin erməni seqmentində geniş rezonans doğurub. Sözügedən avtomobilin sürücüsü polis bölməsinə aparılıb.
Gununsesi.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan sosial şəbəkədə məlumat verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları da müvafiq işin başlanılıb-başlanmamasına qərar verəcəklər.
Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə İrəvan-Mehri magistralının Artaşat hissəsində sözügedən avtomobilin videosu yayılıb.