AZAL-dan online bilet almaq müşkülə çevrilib

  • By admin
  • 03 Mart 2025 12:23

Azərbaycan Hava Yolları Şirkətindən online bilet almaqda çətinliklər yaranıb

Bu barədəGununsesi.info-ya müraciət edən vətəndaşların sözlərinə görə, 2 gündür ki, online qaydada bilet almaq imkansız olub.

Bunun əvəzində isə AZAL-ın bilet satışı ofislərinə üz tutan vətəndaşlar eyni istiqamətə biletin qiymətində kəskin fərq gördüklərini deyir.

Məsələ ilə bağlı AZAL-ın qaynar xəttinə müraciətlər edilsə də, müsbət nəticə əldə olunmayıb.

Gununsesi.info