
Braziliyanın Sao Paolo şəhərində yaşayan 38 yaşlı Rafael və 10 yaşlı qızı Qustavo cinsiyyətə keçid prosesini başa vurub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, həyatlarına ana-qız kimi başlayan, indi də ata-oğul kimi yollarına davam edən ikili sosial şəbəkədə yaşadıqlarını minlərlə izləyicisi ilə bölüşüb.
Bioloji olaraq qadın doğulan Rafael və Qustavo indi özünü kişi olaraq tanıyır.
Qustavo keçid prosesinə 4 yaşında başladığını, Rafael isə keçən il özünü qadın kimi tanımasını dayandırdığını və kişi kimi xatırlanmasını istədiyini açıqlamışdı.
Aktyor və tələbə olan Qustavo trans və cisgender obrazlarını canlandırdığı layihələrdə iştirak edib.
Prosesin onun üçün təbii bir irəliləyiş olduğunu deyən Qustavo, “Anama ata demək çətin deyildi” deyib.
Rafael keçidi haqqında deyib:
“Qustavonun mənə birbaşa təsiri olmadı, amma o, mənə cəsarət və güc verdi. Onun dəstəyi ilə mən özümlə qarşılaşa bildim.
Qeyd edək ki, ata-oğul keçid prosesi Braziliya Vahid Səhiyyə Sisteminin müəyyən etdiyi protokollara və Federal Tibb Şurasının tövsiyələrinə uyğun olaraq həyata keçirilib.
Rafael Campo Limpo Bələdiyyə Xəstəxanasında müalicə alır, Qustavo isə Psixiatriya İnstitutunun Transdisiplinar Gender Kimliyi və Cinsi Orientasiya Ambulatoriyasında və Hospital das Clinicas Uşaq İnstitutunun Pediatrik Endokrinologiya Bölməsində izlənilir.
Digər tərəfdən gender keçidi prosesləri bütün dünyada fərqli yanaşmalarla idarə olunur. Keçən dekabr ayında İngiltərədə yetkinliyi gecikdirən dərmanların 18 yaşdan kiçiklər üçün qeyri-müəyyən müddətə qadağan ediləcəyi açıqlandı.
Səhiyyə naziri Wes Streeting, dərmanların uşaqlar və gənclər üçün “qəbuledilməz təhlükəsizlik riski” yaratdığını və yeni gender kimliyi xidmətləri açmaq üçün NHS England ilə birlikdə işlədiklərini söylədi.
Orxan