
ABŞ–nin öndə olan rejissoru Ceyms Kemeron Trampın ikinci müddətindən qaçmaq üçün daimi olaraq Yeni Zelandiyaya köçmək qərarına gəlib. Rejissor tezliklə Yeni Zelandiya vətəndaşlığını alacağını açıqlayıb.
Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, “Titanik” və “Avatar” kimi filmlərin rejissoru Ceyms Kemeron Donald Trampın ABŞ prezidenti olduqdan sonra Yeni Zelandiya vətəndaşı olması ilə bağlı hisslərini bölüşüb. Rejissor deyib ki, Trampın dövründə Amerika bütün layiqli şeylərdən üz döndərib.
Yeni Zelandiyanın “Stuff” xəbər saytına danışan 70 yaşlı rejissor Trampın ikinci müddəti ilə bağlı narahatlığını belə izah edib:
“Məncə bu, dəhşətli bir şeydir… Mən bunu yaxşı olan hər şeydən uzaqlaşmaq kimi görürəm. Amerika tarixən təmsil etdiyi şeyləri təmsil etmirsə, heç nəyi təmsil etmir. Öz mənfəətləri üçün çalışırlar”.
“Titanik”in rejissoru 2012-ci ildən bəri Yeni Zelandiyanın Cənubi Vairarapa bölgəsində böyük süd fermasına sahibdir. Vizual effektlərinə görə Oskar qazanan “Avatar” filmini çəkdiyi Yeni Zelandiyaya köçmək planlarını bir müddətdir dilə gətirmişdir.
Kemeron ABŞ siyasətinin qlobal nəticələrinə toxunaraq bildirib:
“Özümü burada daha təhlükəsiz hiss edib-etmədiyimi bilmirəm. Amma ən azından hər gün bu barədə birinci səhifədə oxumaq məcburiyyətində deyiləm. Yeni Zelandiya nəşrlərinin yaxşı tərəfi odur ki, ABŞ xəbərlərini ən azı üçüncü səhifədə yerləşdirirlər. Mən daha bu adamın üzünü birinci səhifədə görmək istəmirəm. Sanki bir avtomobil qəzasını təkrar-təkrar izləyirsən“.
Kemeron Yeni Zelandiya vətəndaşlığının çox yaxında alacağını da qeyd edib.
Yeni Zelandiyanı vətəni Kanada ilə bənzədən Kemeron Kanadada böyüdüyünü bildirib:
“Mən Kanadada böyümüşəm və orada olanda insanların davranışlarında oxşar münasibət görürəm. Əslində bura daha çox xoşuma gəlir. Hörmət olunmaq istəyi və hörmət etmək istəyi anadangəlmədir. Hər kəs insan kimi bərabər statusa malikdir. Övladlarımın da bunu yaşamasını istəyirəm”.
Günel Həsənova