ABŞ Ukraynaya bütün silah yardımını dayandırır

  • By Admin2
  • 04 Mart 2025 10:33

Ağ Ev Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı qərar verildiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə nadir torpaqlar üzrə sazişin imzalanmasından əvvəl qızğın mübahisə edib və Zelenski gözlənilmədən ABŞ-ı tərk edib.

Avropa liderləri tərəfindən dəstəklənən Zelenski, sadəcə sülh razılaşması ilə kifayətlənməyəcəklərini söyləyib.

Lakin əlavə edib ki, bu qərar yardımın dayandırılması demək deyil.

O, ABŞ-ın prosesi yaxından izləyəcəyini və bu qərarın nəticəsini gözləyəcəyini bildirib.

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Tramp Ukraynaya hərbi yardımın kəsilməsi ehtimalı ilə bağlı hələ dəqiq qərar vermədiklərini bildirib.

Tramp deyib ki, “Zelenski Ukraynada uzunmüddətli müharibə ilə bağlı haqlı olmasın”.

Ağ Ev həmçinin bildirib ki, qərar artıq göndərilmiş silahlara şamil edilmir.

 

Orxan

Gununsesi.info