Aktyor əməliyyatdan sonra iflic oldu - FOTO

  • By Günel
  • 03 Mart 2025 20:19

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.

Gununsesi.info xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında aktyorun qızı Leyla Rəhimli məlumat verib.

O bildirib ki, atası fevralın 14-də “EGE Hospital”da spinal stenoz (bel kanalının daralması – red.) diaqnozu ilə əməliyyat olunub.

“Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir” -deyə, o, qeyd edib.

Möylə Mirzəliyev

Gununsesi.info