
Sumqayıtda avtomobildə 50 yaşlı kişinin meyiti aşkarlanıb.
Gununsesi.info ”Report”a istinadən məlumat verir ki, hadisə şəhərin ikinci mikrorayonunda qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Sahib Məmmədov avtomobilində ölmüş vəziyyətdə aşkarlanıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.