Yapon kişiləri buna görə ağlamazlar - FOTO

  • By Günel
  • 26 Fevral 2025 16:15

Yapon kişilərinin niyə ağlamadığını bilirsinizmi? Çünki ənənəvi kişilik anlayışı buna təsir edir. Budur, bir neçə səbəbi…

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yapon kişilərinin ağlamadığına dair düşüncə var. Amma bu səhvdir. Çünki kişilər də ağlayır. Ancaq Yapon mədəniyyətində bu bir az daha az rast gəlinən bir hadisədir. Səbəb mədəniyyət və ənənələrdir.

Bunlardan birincisi samuray mədəniyyətinin təsiridir. Yapon mədəniyyəti tarix boyu Buşido və ya döyüşçülük fəlsəfəsinə əsaslanmışdır. Samurayların cəsarət, şərəf və özünüidarəetmə kimi dəyərlərə sahib olması göstərilib. Bu irs bu gün də öz təsirini saxlayır və yapon kişilərindən çox vaxt hisslərini idarə etmələri gözlənilib.

Digə bir səbəbi isə Yapon mədəniyyətidir. Yapon cəmiyyəti dözümlülük mənasını verən “gaman” anlayışını mənimsəyir… Kişilərin kədərinin və çətinliklərinin səssizcə öhtəsindən gəlməsi düşünülür. Bir kişinin ictimai yerdə ağlaması, onun sosial statusuna təsir edə biləcək zəiflik kimi qəbul edilə bilər.

Yapon kişiləri ağlamaq əvəzinə duyğularını müxtəlif üsullarla ifadə edirlər. Məsələn, incəsənət və ədəbiyyat kimi sahələr…

Bir sözlə, yapon kişiləri emosiyasız deyillər. Hisslərini müxtəlif yollarla ifadə edirlər.

Günel Həsənova

Gununsesi.info