
Fransada insanları öpüşlə salamlamaq ənənəsinin olduğunu bilirdinizmi? Bu hətta bölgəyə görə dəyişir. Fransanın hər hansı bir şəhərinə getdiyiniz zaman qarşılaşacağınız öpüşlərin sayı…
Avropanın ən romantik ölkələrindən biri olan Fransanın da maraqlı ənənələri var. Bunlardan biri salamlaşmadır. Çünki fransızlar dəfələrlə öpüşərək salamlaşırlar. Bu öpüşlərin sayı hər bölgəyə görə dəyişir.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Parisdə salamlaşma adətən iki öpüşlə edilir, Marseldə üç, bəzi yerlərdə isə dörd öpüşlə edilə bilər.
Köklü bir ənənə olan öpüşmə ənənəsi Fransada əsrlər boyu tətbiq olunur. Salamlaşma yaşadığınız şəhərdən və hətta bəzi hallarda şəxsi vərdişlərdən asılı olaraq fərqlənə bilər.
Parisdə insanlar adətən bir-birini iki öpüşlə qarşılayır, Marseldə bu rəqəm üçə yüksəlir. Fransanın şimal bölgələrində salamlaşma zamanı dörd öpüş vermək və almaq adi haldır. Bəziləri sadəcə əl sıxır.
Bu mədəniyyət ölkəyə turist kimi gələnlər üçün bir qədər təəccüblü görünə bilər.
Günel Həsənova