
Batumi yolunda qar uçqunu baş verib.
Gununsesi.info Gürcüstan mediasına istinadən xəbər verir ki, uçqun nəticəsind
çoxsaylı avtomobil qarın altında qalıb.
Yolun Rikoti hissəsinin 141-ci km-də baş verən uçqunda bir neçə avtomobilə ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.
Məlumata görə, qar uçqunu səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayanıb.
Bildirilib ki, əraziyə xüsusi texnika səfərbər olunub və yolun təmizlənməsi işləri aparılır. Təmizləmə işləri başa çatdıqdan sonra nəqliyyatın hərəkəti bərpa olunacaq.
Gununsesi.info