
Rusiyada “WhatsApp” ölkədə istifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün 17 milyon rubl (təxminən 195 min dollar) cərimələnib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “WhatsApp”a qarşı açılan işə paytaxt Moskvada baxılıb.
Məhkəmə “WhatsApp”ın Rusiyadakı tətbiqdə istifadəçilərin məlumatlarını lokallaşdırmayaraq qanuna tabe olmadığına qərar verib və şirkətə 17 milyon rubl cərimə ödəməyə məcbur edib.
Ölkədə “WhatsApp”la yanaşı, “Spotify” və “LinkedIn” kimi müxtəlif xarici platformalar da istifadəçi məlumatlarını lokallaşdırmadıqları üçün cərimələnib.
Günel