Zelenski Zalujnını yeni vəzifəyə təyin edib

  • By Günel
  • 04 Mart 2025 08:29

Prezident Volodimir Zelenski Valeri Zalujnını Ukraynanın Beynəlxalq Dəniz Təşkilatında daimi nümayəndəsi təyin edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı fərman Ukrayna Prezidentinin saytında yerləşdirilib.

Beynəlxalq Dəniz Təşkilatı 1948-ci ildə yaradılıb və dəniz naviqasiyasının təhlükəsizliyini təmin etmək vəzifəsi daşıyır.

Xatırladaq ki, Zalujnı 2021-2024-cü illərdə Ukrayna Ordusunun baş komandanı postunu tutub. O, ötən ilin martında Böyük Britaniyaya səfir təyin edilib.

Gununsesi.info