
Almaniyanın qərbində yerləşən Mannheim şəhərində avtomobilin piyadaların keçdiyi əraziyə keçməsi nəticəsində iki nəfər – 83 yaşlı qadın və 54 yaşlı kişi həlak olub.
Gununsesi.info xarici mediaya istinadən xəbır verir ki, müstəntiqlər insident nəticəsində 5 nəfərin ağır, daha 5 nəfər isə yüngül xəsarət aldığını bildiriblər.
Səlahiyyətlilər, ekstremizmlə əlaqəsi olduğu güman edilməyən, lakin “ruhi xəstəliyin konkret əlamətlərini” göstərən 40 yaşlı almaniyalı tək şübhəlini həbs edib.
Orxan