Misir dünyanın ən böyük hidrogen zavodunu tikir

  • By Günel
  • 03 Mart 2025 22:14

Misirin İnvestisiya İmkanları Platforması Cənubi Sinayda dünyada ən böyük yaşıl hidrogen zavodunun tikintisi ilə bağlı layihə təqdim edib.

Gununsesi.info xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi ilə tərəfdaşlıqda inşa edilməsi planlaşdırılan layihənin ümumi dəyəri 17 milyard dollar təşkil edir.

Ümumilikdə 127 kvadratkilometr ərazidə yerləşəcək zavodda illik 400 min ton yaşıl hidrogen istehsalı nəzərdə tutulur.

Layihənin birinci mərhələsinin 2030-cu ildə, ikinci mərhələsinin 2033-cü ildə və üçüncü mərhələsinin isə 2035-ci ildə tamamlanması planlaşdırılır.

Gununsesi.info