
İsrail mətbuatında Türkiyə ilə bağlı iddia irəli sürülüb. İsrail mediası Türkiyənin Suriyada 3 hərbi baza quracağını iddia edərək, Tel-Əviv rəhbərliyinin bu bazaların yaradılmasının qarşısını almaq üçün ABŞ-a müraciət etdiyini yazıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail Hayom qəzetində yer alan xəbərə görə, İsrail Türkiyənin Suriyadakı təsirinə qarşı ABŞ-dan təminat istəyib. Xəbərdə Türkiyənin Suriyada üç hərbi baza qurmağı planlaşdırdığı iddia edilib.
Təl-Əviv rəhbərliyinin Türkiyənin Suriyada hərbi baza qurmaması və İsrail əleyhinə siyasətlər inkişaf etdirməməsi üçün ABŞ-dan arxayın mesajlar tələb etdiyi iddia edilib.
Baas rejiminin devrilməsindən sonra İsrailin “Türk ordusu Suriyada birbaşa iştirak edəcəyi bir dövrə hazırlaşırdı” iddiaları da prezident Rəcəb Tayyib Ərdoğanın sözləri ilə birlikdə xəbərlərdə yer alıb.
Prezident Ərdoğanın “Etnik və dini mənsubiyyəti təhrik edərək Suriyadakı qeyri-sabitlikdən faydalanmağa çalışanlar bilsinlər ki, məqsədlərinə çata bilməyəcəklər” deyib.
Orxan