İsrailin Qəzzaya humanita yardımı dayandırması pislənildi

Bəzi ərəb ölkələri və BMT İsrailin Qəzza zolağına bütün humanitar yardım daxilolmalarını dayandırmasını pisləyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Mısır və Qətər İsrailin bu qərarını atəşkəs razılaşmasının pozulması olaraq qiymətləndirib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə bu addımın Hamasın yardım materiallarını oğurlayıb və bunları “terror maşınını maliyyələşdirmək üçün istifadə etməsi” səbəbindən atıldığını bildirib.

Hamasın sözçüsü isə  vurğulayıb ki, İsrailin yardımları dayandırması ucuz şantaj və atəşkəs razılaşmasına zərbədir.

Qeyd edək ki, atəşkəsin ilk mərhələsi 19 yanvarda qüvvəyə minib və əvvəlki gün sona çatıb. 7 oktyabr 2023-cü ildə Hamasın İsrailə hücumu nəticəsində, İsrailin Qəzzəyə hücumlarında 48 min nəfərdən çox insan həyatını itirib.

Şəbnəm

Gununsesi.info