
Hindistandakı hindu məbədlərində əsl fillərin yerinə robot fillərdən istifadə edilməsi planlaşdırılır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu yolla məqsəd əsl filləri qorumaqdır.
Yaşayış yerləri azaldıqca insan-fil qarşıdurması halları artır və 2023-2024-cü illər arasında 629 nəfər fillər tərəfindən öldürülüb.
Robot filin əsl filləri əvəz edərək bütün bu ölümlərin qarşısını alması planlaşdırılır.
Məqsəd robotlar sayəsində güclü işıq və səs-küy səbəbiylə rituallar zamanı fillərin panikaya düşməsi və kütləni əzməsi hallarının qarşısını almaqdır.
Bununla yanaşı, nəsli kəsilməkdə olan fillərin yaşayış yerlərindən çıxarılmasının qarşısının alınması da nəzərdə tutulur.
Orxan