
Hollandiyada rəssam Pieter Brueghel de Jonge-nin 50 il əvvəl Polşa Milli Muzeyindən oğurlanmış sənət əsərinin tapıldığı açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hollandiyada 50 il əvvəl Polşa Milli Muzeyindən oğurlanan rəssam Pieter Brueghel de Jonge-nin sənət əsəri tapılıb . Bildirilib ki, rəsm ötən ilin sonunda oğurlanmış sənət əsərləri siyahısında olduğundan xəbərsiz olaraq Quda Muzeyində sərgilənib. Əsərin naməlum şəxsdən götürüldüyü və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Səlahiyyətlilər qeyd ediblər ki, Polşa rəsmin geri qaytarılmasını istəyir və hüquqi yardım istəyib.
Orxan